logo

Düşmən cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb

13:31 06-11-2020 | icon 1498
Düşmən cəbhənin Qubadlı istiqamətində mövqeləri ataraq qaçıb

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.

Eyni zamanda, şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.