“Azercell”dən hərbi jurnalistlərə rabitə dəstəyi
Vətənimizin taleyində həlledici olan bu gərgin zamanlarda da ölkənin əsas rabitə təminatçısı “Azercell Telekom” vətəndaşlarımıza dəstək göstərməkdə davam edir. Mobil operator torpaqlarımızın işğaldan azad olunması naminə çalışan Ordunu təbliğ edərək insanlarda döyüş əzmi və qələbə ruhunu artıran, həm də dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması vəzifəsini layiqincə yerinə yetirən media təmsilçilərinin gərgin əməyinə öz töhfəsini əsirgəməyib.
YeniAvropa xəbər verir ki, “Azercell” hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 AZN köçürüb.
Beləliklə, “Azercell” informasiya müharibəsinin sarsılmaz döyüşçüləri olan media nümayəndələrimizə qaynar döyüş bölgələrindən operativ şəkildə həm bütün Azərbaycan xalqına, həm də dünya içtimaiyyətinə dəqiq xəbərlər ötürməsinə öz dəstəyini göstərmiş olur. Söz və qələm döyüşçülərimizdən Qələbə xəbərini gözləyirik!
Xatırladaq ki, Milli Ordumuza ianə məqsədilə “Azercell Telekom” Silahlı Qüvvələrə Yardım Fonduna artıq 1 milyon manat həcmində vəsait köçürüb. Eyni zamanda, vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq “Azercell Telekom”un baş qərargahı Tibilisi prospektində yerləşən “Azercell Plaza”nın üzərində üçrəngli bayrağımız asılıb.
“Azercell” Milli Ordumuzun zəfəri naminə bu saatlarda ön cəbhədə döyüşən öz əməkdaşları da daxil olmaqla, bütün Azərbaycan oğullarına əzmkarlıq, ruh yüksəkliyi və can sağlığı arzu edir!
Qarabağ Azərbaycandır!
Avropa Komissiyası Gürcüstana xəbərdarlıq etdi
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb
Əfv Komissiyasının bu günə planlaşdırılan iclası təxirə salınıb
Parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verildi
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi
Xəbərdarlıq:Şimşək çaxacaq,dolu düşəcək,temperatur 8° aşağı enəcək
Noyabrda parlament seçkiləri olmalıdır-Məzahir Pənahov
Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
II Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək
Norveçli səyyahlar Şuşaya səfər ediblər
NATO-nun baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir
Sabah Bakıda arabir yağış yağacaq,22° isti olacaq
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
Bakıda Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə olunub
İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini qəbul edib
Antalya 2 milyondan artıq turistlə yeni rekorda imza atıb
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir