logo

Paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

13:33 25-09-2020 | icon 406
Paytaxtda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sentyabr ayının 26-sı səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə paytaxtın kommunal strukturlarından verilən məlumatda bildirilib. Qeyd edilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.