logo

İlham Əliyev Ağdaşda yol tikintisi üçün 16,4 milyon manat ayırdı

12:29 10-09-2020 | icon 2380
İlham Əliyev Ağdaşda yol tikintisi üçün 16,4 milyon manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 10-da "Ağdaş rayonunun Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sənəddə deyilir: "Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın".