logo

Tofiq Yaqublu aclıq askiyasına başladı

13:59 02-09-2020 | icon 2548
Tofiq Yaqublu aclıq askiyasına başladı

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu aclıq aksiyasına başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədəT.Yaqublunun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Qeyd edilib ki, Tofiq Yaqublu bu addımını əsasssız həbsinə etiraz əlaməti olaraq atıb. 

Xatırladaq ki, Tofiq yaqublu martın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Sentyabrın 1-də Nizami Rayon məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib. Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Tofiq Yaqublunun 4 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilməsini istəyib. 

Tofiq Yaqublu həbsini siyasi fəaliyyətilə əlaqələndirir.