logo

İlham Əliyev Türkmənistan prezidentinin ad gününü təbrik edib

18:49 29-06-2020 | icon 2359
İlham Əliyev Türkmənistan prezidentinin ad gününü təbrik edib

Prezident İlham Əliyev iyunun 29-da Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və Türkmənistanın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkmənistan prezidenti göstərilən diqqətə və təbrikə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Türkmənistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın uğurla davam etdiriləcəyinə əminlik bildirilib.