logo

Sinoptiklərdən güclü külək xəbərdarlığı

18:11 24-06-2020 | icon 623
Sinoptiklərdən güclü külək xəbərdarlığı

İyunun 25-i gündüzdən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 25-28 metr olacağı, yarımadanın bəzi yerlərində 30 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, iyunun 26-sı gündüz və iyunun 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° enəcək, maksimal temperatur 24-27° isti olacaq.

İyunun 25-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Böyük Qafqazın bəzi yerlərində güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Şərq küləyinin sürəti saniyədə 18-23, ayrı-ayrı yerlərdə arabir 25-30 metr olacaq, bəzi Kür vadisi rayonlarında 33-35 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal edilir.