logo

Azərbaycan əhalisinin sayı 10 milyon 73 mini ötüb

11:53 20-03-2020 | icon 245
Azərbaycan əhalisinin sayı 10 milyon 73 mini ötüb

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 6130 nəfər və ya 0,1 faiz artaraq fevralın 1-i vəziyyətinə 10 milyon 73 min 238 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləridir.

Ölkə əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib.

Hazırda hər 1000 kişiyə 1002 qadın düşür.