logo

Bakı və Sumqayıta aparan ara yollarda da postlar quruldu

21:51 18-03-2020 | icon 2135
Bakı və Sumqayıta aparan ara yollarda da postlar quruldu

Əsas magistral yollardan əlavə,  Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna aparan ara yollarda da polis postları qurulub və həmin yollar da bu gecə saat 00.00-dan etibarən bağlı olacaq. 

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, artıq adıçəkilən şəhərlərin və Abşeron rayonunun girişlərində polis postları qurulub və Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı bu gecə saat 00.00-dan qüvvəyə minəcək. 

E.Zahidov daha sonra bildirib ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu qeydiyyatında olan avtomobillər və vətəndaşlar digər şəhər və rayonlara sərbəst gedib, qayıda biləcəklər. 

E.Zahidov vətəndaşları Operativ Qərargahın məlum qərarına ciddi şəkildə riayət etməyə çağırıb.

Xatırladq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarı ilə martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.