logo

İlham Əliyev Avropa çempionatında uğura görə güləşçilərimizi təbrik edib

11:57 13-02-2020 | icon 2219
İlham Əliyev Avropa çempionatında uğura görə güləşçilərimizi təbrik edib

Prezident İlham Əliyev fevralın 13-də yunan-Roma güləşi üzrə milli komandamızın Avropa çempionatında möhtəşəm uğur qazanması münasibətilə özünün “Twitter” səhifəsində paylaşım edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Paylaşımda deyilir: “Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Xatırladaq ki, İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamız tarixində ilk dəfə rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar.

Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq komanda hesabında ikinci olub.