logo

Meriya namizədlərin mitinqinə icazə vermədi

16:36 12-02-2020 | icon 1988
Meriya namizədlərin mitinqinə icazə vermədi

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH)  "Müsavat" və "REAL" partiyaları , digər seçkidə iştirak edən bir sıra digər namizədlərin paytaxtın "28 May" metrostansiyası qarşısındakı meydanda  mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

YeniAvropa xəbər verir ki, bu barədə "D18"  hərəkatının rəhbəri- namizəd Ruslan İzzətli məlumat verib. Onun sözlərinə görə, bu gün onu merayaya dəvət edərək cavab məktubunu təqdim ediblər. Məktubda  meriyada müraciətə baxıldığı və mitinqin keçirilməsinə razılıq verilmədiyi qeyd edilib.

Xatırladaq ki, ötən gün "Müsavat" və "REAL" partiyaları, "D18" hərəkatı  və bir neçə müstəqil namizədlər 9 fevral seçkilərində baş verən saxtakırlıqlarla etiraz əlaməti olaraq paytaxtda mitinq keçirmək barədə BŞİH-ə müraciət ediblər. Mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək  metronun "28 May" stansiyasının qarşısındakı meydanda keçirilməsi nəzərdə tutulurdu.