logo

Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu “Dostluq” ordeni ilə təltif edib

16:32 05-02-2020 | icon 1988
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, Mövlud Çavuşoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.