logo

Dekabrda dəniz nəqliyyatı ilə 99,2 milyon dollarlıq yük daşınıb

11:47 30-01-2020 | icon 224
Dekabrda dəniz nəqliyyatı ilə 99,2 milyon dollarlıq yük daşınıb

Keçən ilin dekabrında dəniz nəqliyyatı ilə ümumilikdə 173 min 190 ton yük daşınıb ki, bu yüklərin dəyəri 99,2 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 23 min 366 ton yükün dəyəri 14,8 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 149 min 825 ton, dəyəri isə 84,3 milyon dollar təşkil edib.