DST ölkələri koronavirusa qarşı qabaqlayıcı tədbirlər görməyə çağırıb
Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Çin Xalq Respublikasında meydana gələn, Koreya Respublikası, Yaponiya, Tayland və Sinqapura yayılan yeni koronavirus alovlanması ilə bağlı Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsini çağırıb.
YeniAvropa xəbər verir ki,yanvarın 23-də toplantıda Çin Xalq Respublikası, Yaponiya, Tayland və Koreya Respublikasının Səhiyyə nazirliklərinin nümayəndələri komitəyə ölkələrindəki son vəziyyətlə bağlı məlumat veriblər. Çində tibb müəssisələrinə müraciət hallarının sayının artdığı bildirilib və onlardan 557 nəfərdə yoluxma halı qeydə alınıb.
Çin hökumətinin təqdim etdiyi yeni epidemioloji məlumatda yoluxma və şübhəli halların, yoluxmuş əyalətlərin sayının artdığı və hazırda qeydə alınmış hadisələrdən 4 faizinin (557-dən 17-si) ölümlə nəticələndiyi bildirilib.
Virusun insandan insana ötürülməsi qeydə alınıb və reproduktivlik dərəcəsi 1,4-2,5 kimi təqdim olunub. Çoxalma hadisəsi yalnız bir səhiyyə müəssisəsində müşahidə olunub. Qeydə alınmış halların 25 faizinin ağır dərəcədə olduğu bildirilir. Xəstəliyin mənbəyi hələ də məlum deyil (daha çox, heyvan mənşəli olması ehtimal edilir) və insandan insana ötürülməsinin nisbəti hələ ki müəyyənləşməyib.
Komitənin iclasının qərarına əsasən, xəstəliyin əhatə dairəsi məhdud olduğundan və bəzi simptomları müəyyənləşdirilmədiyindən onun ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən, fövqəladə vəziyyət elan edilməsi üçün hələ ki, tezdir.
Komitə üzvlərinin əksəriyyəti, virusdan yoluxma hallarının məhdud sayda və onun ikili təbiətə malik olmasını nəzərə alaraq, İctimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin elan edilməsinin hələ erkən olduğunu bildirdilər.
Baş direktor zəruri hesab edərsə, Komitə təxminən 10 gün ərzində və ya daha tez yenidən toplaşmağa hazırdır. Xəstəliyin digər ölkələrə yayıla biləcəyi ehtimal olunur. Bu səbəbdən, bütün ölkələr aktiv nəzarət, erkən diaqnostika, təcrid olunma, xəstəlik hallarının idarə edilməsi, ötürülməsinin izlənməsi və 2019-nCoV infeksiyanın yayılmasının qarşısının alınması daxil olmaqla, cavab tədbirləri görməyə hazır olmalı və bütün məlumatları ÜST-lə bölüşməlidir.
804-cü gün:Rusuya Ukrayna müharibəsində 476 mindən çox hərbçisini itirib
Yağıntılı hava şəraiti mayın 9-dək davam edəcək
AZAL Bakı-Dubay aviareysinə xüsusi təkliflər edir
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
Türkiyənin bir sıra bölgələrində təkrar bələdiyyə seçkiləri keçiriləcək
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Azərbaycan-ATƏT əməkdaşlığı müzakirə olunub
Slovakiyanın baş nazir Azərbaycana rəsmi səfərə gəlib
Xəzər dənizində dalğanın hündürlüyü 3,4 metrə çatıb
Azərbaycan və Özbəkistanın İcbari Tibbi Sığorta qurumları əməkdaşlıq edəcək
Futzal millimiz FIFA reytinqdə 29-cudur
“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
12 taekvondoçumuz Avropa çempionatına yollanır
Azərbaycan-Ermənistan sərhədində artıq 40 sərhəd dirəyi quraşdırılıb
Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
AZAL yayda 60-dək istiqamət üzrə uçaşlar təşkil edəcək
Almatıda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin konturlarının çiziləcək?
I Qarabağ müharibəsinin 4 itkin şəhidi sabah dəfn ediləcək
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Krımda Rusiyaya məxsus daha bir hərbi gəmi məhv edilib
Millimiz "EURO-2025"in seçmə mərhələ oyunlarını Moldovada keçirəcək
22 samboçusu Avropa çempionatına yollanacaq