logo

Türkiyə-Rusiya ticarət dövriyyəsi 100 milyard dolları hədəfləyir

20:15 08-01-2020 | icon 2457
Türkiyə-Rusiya ticarət dövriyyəsi 100 milyard dolları hədəfləyir

Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi yüksəlişdədir, ölkələr 100 milyard dollarlıq göstəriciyə nail olmaq niyyətindədir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  bu gün “Türk axını” qaz kəmərinin açılış mərasimində çıxışı zamanı məlumat verib.

“Rusiya ilə münasibətlərimiz 500 ildir davam edir. Biz qarşımıza 100 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq məqsədi qoymuşuq. Hazırda ticarət və turizm sahələrində yüksəlişə nail oluruq və hər il rekordlara imza atırıq”, - deyə Türkiyə rezidenti bildirib.

Qeyd edək ki, “Türk axını” layihəsi hər biri 15,75 milyard kubmetr həcmə malik iki xətdən ibarətdir. Birinci xətt Rusiya qazının türkiyəli istehlakçılara, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulub.

Xatırladaq ki, qaz kəmərinin açılış mərasimi bu gün İstanbulda baş tutub. Mərasimdə Türkiyə, Rusiya və Serbiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Aleksandr Vuçiç, həmçinin Bolqarıstanın baş naziri Boyko Borisov iştirak ediblər.