logo

Vatikan 2024-cü il Paris Olimpiadasında iştirak etmək niyyətindədir

10:12 25-12-2019 | icon 875
Vatikan 2024-cü il Paris Olimpiadasında iştirak etmək niyyətindədir

Vatikan Milli Olimpiya Komitəsinin yaradılması və 2024-cü ildə Paris Olimpiadasında iştirakla bağlı planlarını açıqlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Vatikanın idman naziri Melhor Sançes de Toka məlumat verib.

“Bizim Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə əla münasibətlərimiz var. Lakin biz Vatikanın Olimpiya Komitəsini yaratmaq məqsədilə bu münasibətlərə daha çox sabitlik vermək istərdik. Peşəkar idman sənayeyə və nəhəng bazara çevrilib. Biz bunu nəzərə almalıyıq ki, idmanın baxımlı olmağı insanları özünə cəlb edir. Bu isə o deməkdir ki, idman insan qəlbinin dərinliklərinə varır”, -deyə nazir vurğulayıb.

Milli Olimpiya Komitəsi (MOK) barədə danışan Sançes de Toka qeyd edib ki, qurumun yaradılması planları ortamüddətli perspektivdədir. Nazir daha sonra söyləyib: “Biz yüngül atletikadan başlayacağıq. Monakoda “Sülh və idman” beynəlxalq forumunda mən Beynəlxalq Yüngül Atletika Federasiyasının mənzil-qərargahında oldum. Biz orada federasiyamızın üzvlüyü barədə diskussiya apardıq. Biz futbol, taekvondo, kriket oynamağı bacarırıq: bizim beynəlxalq federasiyalarla bağlı 5-6 idman növümüz olanda MOK-un yaradılması və Olimpiya Oyunlarının paradında iştirak barədə düşünməyə başlaya bilərik. Olimpiada paradında iştirak etmək real görünür”.

Xatırladaq ki, 11 fevral 1929-cu ildə yaranan Vatikan dünyanın ən kiçik ölkəsidir. Ərazisi cəmi 44 hektar təşkil edir.1000 nəfər əhalisinin hamısı katoliklərdir. Rəsmi dövlət dili latın və italyan dilləridir. Şəhər dövlətlərinin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Belə kiçik ərazidə yerləşməsinə baxmayaraq onun özünün 750 metr uzunluğunda dəmiryol xətti, vağzalı, poçt markaları, himni,gerbi, bayrağı, polisi, hətta həbsxanası da var.