logo

Messi 6-cı dəfə “Qızıl top” mükafatını aldı

23:18 02-12-2019 | icon 266
Messi 6-cı dəfə “Qızıl top” mükafatını aldı

Dekabrın 3-də Parisdəki “Şatle” teatrında FIFA və “France Football” jurnalı 2019-ci ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibinin adını açıqlayıb.

YeniAvropa xəbər verir  ki,  “Qızıl top” mükafatına Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi layiq görülüb. O, səsvermə nəticəsində “Yuventus” əsas qol silahı sayılan Kriştiano Ronaldonu və “Liverpul" komandasının müdafiəçisi Virgil van Deykı qabaqlayıb.

Mərasimdə, həmçinin FIFA tərəfindən ən yaxşı qapıçı İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Beyker, ən yaxşı qadın futbolçusu ABŞ yığmasının yarımmüdafiəçisi Meqan Rapino, ən yaxşı gənc (20 yaşa qədər) futbolçusu adına isə Hollandiya millisinin və İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mateas De Liqt layiq görülüb.

“France Football” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər argentinalı Lionel Messi 6, portuqaliyalı Kriştiano Ronaldo 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – Yohan Kroyf və Marko van Basten üç dəfə bu mükafata layiq görülüb.

Xatırladaq ki, ötən il “Qızıl top” mükafatı Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.