logo

Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib

14:49 29-11-2019 | icon 2065
Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib

Noyabrın 27-29-da Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının səkkizinci iclası keçirilib.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, Komissiyanın 2020-ci il üçün iş planı təsdiq edilib və iclasın protokolu imzalanıb.

Bildirilib ki, görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçirilib. Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallarla razılaşdırılacaq.