logo

Azər Qasımov Aşqabadda Əliyev-Paşinyan görüşünu şərh edib

16:50 12-10-2019 | icon 2345
Azər Qasımov Aşqabadda Əliyev-Paşinyan görüşünu şərh edib

MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmas barədə informasiya yayılıb. 

YeniAvropa xəbər verir  ki, prezidentin mətbuat katibi Azər Qasımov "Day.az"a həmin təması şərh edib.

" İclasda iştirak edən dövlət başçılarının şərəfinə təşkil olunmuş rəsmi nahar zamanı protokol qaydalarına uyğun olaraq əlifba sırası ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yanaşı əyləşiblər. Təbii ki, orada təmas olub. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub",-deyə Azər Qasımov bildirib.