logo

İlham Əliyev Şabranda yol tikintisinə 12 milyon manat ayırıb

17:17 27-09-2019 | icon 2590
İlham Əliyev Şabranda yol tikintisinə 12 milyon manat ayırıb

Prezident İlham Əliyev sentyabrın 27-də “Şabran rayonunun Surra–Düz Bilici–Qorğan–Çinarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamla 4 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Surra–Düz Bilici–Qorğan–Çinarlar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.