logo

Teymur Rəcəbov dünya kubokunun yarımfinalında heç-heçə edib

17:47 26-09-2019 | icon 399
Teymur Rəcəbov dünya kubokunun yarımfinalında heç-heçə edib

Sentyabrın 26-da Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin yarımfinal mərhələsinin birinci partiyaları oynanılıb.

 YeniAvropa xəbər verir  ki,  bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşe-Laqrav ilə üz-üzə gəlib. Şahmatçılar gərgin keçən qarşılaşmanın 31-ci dəqiqəsində heç-heçəyə razılaşıblar.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov isə səkkizdəbir finalda komanda yoldaşı T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.