“Baku Steel Company” ABŞ-a boru ixracına başladı
Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC artıq ABŞ-a da boru ixrac etməyə başladı.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, şirkətin xarici bazarda mövqeyinin genişlənməsi və möhkəmlənməsi “Baku Steel Company” QSC-nin əsas hədəflərindən biri hesab olunur. İstehsal olunan məhsulların xarici bazarda uğurla təmsil olunmasının nəticəsi olaraq artıq Azərbaycandan ABŞ-ın Texas ştatına müxtəlif diametrli, tikişsiz borular ixrac edildi.
Borular “Baku Steel Company” QSC-nin Boruyayma sexində ABŞ-ın “ASTM A106” standartının tələblərinə uyğun hazırlanıb və yüksək keyfiyyətlərə cavab verir. Standarta uyğun olaraq, onların istehsalında istifadə edilən pəstahlar “Gr.B“ (Grade B) markalı möhkəm poladdan hazırlanıb. Standartın digər tələbinə görə, borular korroziya əleyhinə boyalarla rənglənib, xüsusi üsulla bağlama halına gətirildikdən sonra ixrac olundu.
Qeyd edək ki, “Baku Steel Company” QSC-də istehsal olunan müxtəlif təyinatlı, o cümlədən neft-qaz sənayesində istifadə edilən fərqli ölçü və çeşiddə borular bu vaxta kimi İtaliya, Rumıniya, Türkiyə, Tunis, Rusiya, Qazaxıstan və s. ölkələrdəki tərəfdaşlar, iri şirkətlər tərəfindən alınıb.
Xatırladaq ki, “Baku Steel Company” QSC-də hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edilir. Fəaliyyəti dövründə şirkətin məhsulları yerli bazarla yanaşı, “Made in Azerbaijan” nişanı ilə Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə satılıb. 2022-ci ildə isə “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası) müntəzəm üzvlüyə qəbul olunub.
AQTA paytaxtdakı “Sarı Sünbül” iaşə obyektini bağlatdırdı
Aeroport yolu 3 saat bağlı olacaq
"COVID-19"a görə bəzi tibb işçilərinin maaşlarına əlavənin vaxtı uzadılıb
Ceyhun Bayramov Türkiyəyə “3+3” formatda görüşə yola düşüb
Qeyri-sabit hava şəraiti bölgələrdə 4 gün davam edəcək
“Bakı Nəqliyyat Agentliyi”nin həbs edilən əməkdaşları bəraət aldılar?
"COP29"a hazırlıq: Bir sıra küçələr 3 saatlıq bağlı olacaq
“Azərkontrakt" 2 ay sonra ləğv edilcək
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub
Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“E-təbib” mobil tətbiqi ilə təcili yardım çağırmaq mümkün olacaq
Məhkəmə sabiq baş nazirin həbsinə order verdi
“Ulduz” metrostansiyasında yeni işıqlanma sistemi qurulub
AZAL Novruz bayramı tətili üçün Batumiyə biletləri satışa çıxarıb
Sabah Bakıda yağış, bəzi dağlıq bölgələrdə isə qar yağacaq
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıq işləri ilə tanış olub
Azərbaycanda qarşıdakı 10 gündə 1,6 milyondan çox ağac və kol əkiləcək
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Azərbaycan nefti 74,75 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün Füzuli Şəhəri Günüdür
ADY qatarların hərəkət qrafikində dəyişiklik edib
Zelenski Ukraynanın qələbə planını təqdim edib