logo

"COVID-19"a görə bəzi tibb işçilərinin maaşlarına  əlavənin vaxtı uzadılıb

18:58 17-10-2024 | icon 217
"COVID-19"a görə bəzi tibb işçilərinin maaşlarına  əlavənin vaxtı uzadılıb

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

YeniAvropa xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə sənədə dəyişiklik olunub.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2025-ci il yanvarın 1-dək uzadılıb.