logo

Gəncədə yaşayış binasında partlayış: 2 nəfər ölüb,4 nəfər yaralanıb

09:19 18-10-2024 | icon 224
Gəncədə yaşayış binasında partlayış: 2 nəfər ölüb,4 nəfər yaralanıb

Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış olab.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.Partlayışla əlaqədar nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.