Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“İslam dünyasının mədəniyyət paytaxtı” Şuşada Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş plenum keçirilib. İki gün davam edən plenumda Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadənin rəhbərliyi ilə 40 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.
Bəstəkarlar İttifaqından YeniAvropa-ya bildirilib ki, tədbirdə təşkilatın aktual məsələləri, həmçinin Azərbaycanda musiqi mədəniyyətinin inkişafı naminə yeni yolların müəyyən olunması istiqamətində müzakirələr aparılıb.
Plenum öz işinə xalq artisti F.Kərimovun rəhbərliyi ilə simfonik orkestrin və birləşmiş kişi xorunun ifasında F.Əlizadənin “Zəfər marşı” videoklipinin təqdimatı ilə başlayıb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov plenum iştirakçılarına qala-şəhərdə aparılan möhtəşəm quruculuq işləri barədə geniş məlumat verib.
Xalq artisti F.Əlizadə ittifaqın tarixindən, həmçinin 1934-cü ildə Bəstəkarlar İttifaqını yaradan dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Qarabağı təmsil edən bəstəkarların bu şanlı tarixin yaranmasındakı rolundan ətraflı söz açıb.
Xalq artisti, bəstəkar S.Fərəcovun, əməkdar incəsənət xadimləri G.Abdullazadənin, H.Babayevanın və A.Quliyevin, fəlsəfə elmləri doktoru M.Hacıyevanın sənətşünaslıq üzrə fəlsəfə doktoru G.İsmayılovanın Bəstəkarlar İttifaqının müxtəlif fəaliyyət istiqamətləri ilə bağlı çıxışları dinlənilib.
Tədbir çərçivəsində əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şuşa professional musiqidə” adlı yeni kitabının təqdimatı olub. Kitabda Azərbaycan bəstəkarlarının Şuşaya həsr olunan əsərləri toplanaraq, not yazıları və təhlillərlə verilib.
Plenumun axşam konserti tanınmış violin ifaçısı Nəzrin Aslanlının rəhbərliyi ilə Dövlət Simli Kvartetinin çıxışı ilə yadda qalıb. Kvartetin üzvləri Azərbaycan musiqisinin şah əsərlərini, o cümlədən Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və F.Əlizadənin məşhur əsərlərini mükəmməl ifa etməklə tamaşaçıların böyük marağına səbəb olublar. Hamıya tanış olan bu əsərlərin Şuşada səslənməsi sanki yeni rəmzi məna daşıyırdı. Buna görə də təsadüfi deyil ki, kvartetin yaddaqalan çıxışından sonra plenumda iştirak edən bəstəkarlar bu musiqi marafonunu bədahətən davam etdirərək, Qarabağa və Şuşaya həsr olunmuş yeni əsərlərini royalda ifa ediblər. Bəstəkarlardan P.Axundova, E.Seyidcahan və S.Məmmədli ifaları ilə tədbirə rəngarənglik qatıblar.
Plenumun növbəti günü iştirakçılar Şuşa şəhəri ilə yaxından tanış olub, Heydər Əliyev Yaradıcılıq Mərkəzini, Üzeyir Hacıbəylinin ev-muzeyini və Bülbülün ev-muzeyini ziyarət ediblər.
"COP29"a hazırlıq: Bir sıra küçələr 3 saatlıq bağlı olacaq
“Azərkontrakt" 2 ay sonra ləğv edilcək
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub
Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“E-təbib” mobil tətbiqi ilə təcili yardım çağırmaq mümkün olacaq
Məhkəmə sabiq baş nazirin həbsinə order verdi
“Ulduz” metrostansiyasında yeni işıqlanma sistemi qurulub
AZAL Novruz bayramı tətili üçün Batumiyə biletləri satışa çıxarıb
Sabah Bakıda yağış, bəzi dağlıq bölgələrdə isə qar yağacaq
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıq işləri ilə tanış olub
Azərbaycanda qarşıdakı 10 gündə 1,6 milyondan çox ağac və kol əkiləcək
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Azərbaycan nefti 74,75 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün Füzuli Şəhəri Günüdür
ADY qatarların hərəkət qrafikində dəyişiklik edib
Zelenski Ukraynanın qələbə planını təqdim edib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Orban Aİ-nin Ukraynaya 6,6 milyard avroluq yardımına beto qoyacaq?
Sabah Bakıda 20° isti olacaq
Cari ildə azad olunmuş ərazilərin bərpasına 3,083 milyard manat xərclənib
Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib