logo

ADY qatarların hərəkət qrafikində dəyişiklik edib

15:25 16-10-2024 | icon 497
ADY qatarların hərəkət qrafikində dəyişiklik edib

Qobustan-Səngəçal sahəsində yerləşən dəmir yolu körpülərində aparılan əsaslı təmir işlərinə görə, Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) YeniAvropa-ya bildirilib ki, oktyabrın 17-dən etibarən Ağstafadan Bakıya saat 8:20 və 16:40-da yola düşən qatarların Bakı Dəmiryol Vağzalına çatma saatları 13:27 və 21:47 əvəzinə müvəqqəti olaraq saat 13:36 və 21:56-ya dəyişdirilir.

Eyni zamanda, Qəbələdən Bakı istiqamətində saat 19:00-da hərəkətə başlayan qatarların Bakı Dəmiryol Vağzalına çatma vaxtı saat 22:20 əvəzinə saat 22:31-ə təyin edilir.

Təmir işləri yekunlaşdıqdan sonra qatarlar əvvəlki qrafiklə xidmət göstərməyə davam edəcək.