logo

NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək

12:22 17-10-2024 | icon 343
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək

NATO-nun baş katibi Mark Rütte bu gün alyansın Brüsseldəki qərargahında Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edəcək.

YeniAvropa xəbər verir ki, bu, oktyabrın əvvəlindən bəri NATO rəhbərinin Ukrayna lideri ilə üçüncü görüşüdür.

“Bu gün NATO-nun qərargahda Volodimir Zelenskini qəbul edəcəyəm. Bu onunla Kiyev səfərindən və Londondakı danışıqlardan sonra üçüncü görüş olacaq”, - deyə Mark Rütte bildirib.

Baş katibin sözlərinə görə, o, görüş zamanı Volodimir Zelenskidən Rusiya ilə şərq cəbhəsində və Kursk istiqamətində vəziyyət barədə məlumat alacaq, həmçinin prezidenti NATO-nun son qərarları barədə məlumatlandıracaq.