“Sabah” - “Beşiktaş” xeyriyyə oyununda qalib olmadı
Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında xeyriyyə oyunu keçirilib.
YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda “Sabah”ın start heyətində Yusif İmanov, Abdulaye Ba, Elvin Camalov, Kristian da Silva, Amin Seydiyev, Aleksey İsayev, Boyan Letiç, Coy-Lens Mikels, Emmanuel Apeh, Con İrasabal və Aleksey Kaşuk yer alıblar.
"Beşiktaş"ın heyətində isə meydana Mert Günok, Valentin Rosier, Onur Bulut, Kerem Atakan Keskin, Necip Uysal, Berkay Vardar, Velinton, Semih Kılıçsoy, Cekson Muleka, Aleksandru Maksim və Umut Meraş çıxıblar.
Baş hakim Tural Qurbanovun idarə etdiyi oyuna “Sabah” klubu daha fəal başlayıb. Komada azarkeşlərini erkən qol ilə sevindirib. Oyunun 3-cü dəqiqəsində Aleksey Kaşuk Bakı təmsilçisini hesabda önə keçirib. İki dəqiqə sonra A.Kaşuk yenidən rəqibi meydanın mərkəzinə dəvət edib.
Oyunun 23-cü dəqiqəsində “Beşiktaş”ın müdafiəçisi Umut Meraş hesab arasındakı fərqi azaldıb. Görüşün 44-cü dəqiqəsində U.Meraş komandasının və özünün ikinci qolunu vurub. Matçın ilk hissəsi 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
İkinci hissədə komandalar hərəyə bir dəfə fərqləniblər. Qarşılaşmanın 63-cü dəqiqəsində İstanbul təmsilçisinin mərkəz hücumçusu Cenk Tosun penaltini dəqiq yerinə yetirib. Matçın 70-ci dəqiqəsində “Sabah”ın gürcüstanlı hücumçusu Davit Volkov hesaba tarazlıq gətirib.
Beləliklə, xeyriyyə matçı 3:3 hesablı bərabərliklə başa çatıb.
Matçdan əldə olunacaq gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.
Qeyd edək ki, martın 26-da Ağdamın "Qarabağ" və Türkiyənin "Qalatasaray" klubları arasında da xeyriyyə oyunu keçirilib. Bakı Olimpiya Stadionunda təşkil olunan matçda İstanbul klubu 2:1 hesablı qələbə qazanıb. Bu görüşdən əldə olunan 1 milyon 90 min 455 manat Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndərilib.
AQTA paytaxtdakı “Sarı Sünbül” iaşə obyektini bağlatdırdı
Aeroport yolu 3 saat bağlı olacaq
"COVID-19"a görə bəzi tibb işçilərinin maaşlarına əlavənin vaxtı uzadılıb
Ceyhun Bayramov Türkiyəyə “3+3” formatda görüşə yola düşüb
Qeyri-sabit hava şəraiti bölgələrdə 4 gün davam edəcək
“Bakı Nəqliyyat Agentliyi”nin həbs edilən əməkdaşları bəraət aldılar?
"COP29"a hazırlıq: Bir sıra küçələr 3 saatlıq bağlı olacaq
“Azərkontrakt" 2 ay sonra ləğv edilcək
Paytaxtın Xətai rayonunda torpaq sürüşməsi olub
Bəstəkarlar İttifaqının 90 illik yubileyini Şuşada qeyd edib
“E-təbib” mobil tətbiqi ilə təcili yardım çağırmaq mümkün olacaq
Məhkəmə sabiq baş nazirin həbsinə order verdi
“Ulduz” metrostansiyasında yeni işıqlanma sistemi qurulub
AZAL Novruz bayramı tətili üçün Batumiyə biletləri satışa çıxarıb
Sabah Bakıda yağış, bəzi dağlıq bölgələrdə isə qar yağacaq
NATO-nun baş katibi Ukrayna prezidenti ilə görüşəcək
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıq işləri ilə tanış olub
Azərbaycanda qarşıdakı 10 gündə 1,6 milyondan çox ağac və kol əkiləcək
Bakıda Süni İntellekt və Data Elmləri üzrə Birinci Avrasiya Forumu keçiril
Azərbaycan nefti 74,75 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Bu gün Füzuli Şəhəri Günüdür
ADY qatarların hərəkət qrafikində dəyişiklik edib
Zelenski Ukraynanın qələbə planını təqdim edib