logo

Cənubi Koreya və KXDR Olimpiadanın açılış mərasiminə vahid bayraq altında qatılacaqlar

20:13 17-01-2018 | icon 3003
Cənubi Koreya və KXDR Olimpiadanın açılış mərasiminə vahid bayraq altında qatılacaqlar

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci il Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak edəcəklər. YeniAvropa xəbər verir ki, bu barədə tərəflər arasında son 10 gündə ikinci dəfə keçirilmiş görüşdə razılıq əldə olunub. Anlaşmaya əsasən, 9 – 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək olimpiadada KXDR-in nümayəndə heyətinin tərkibində dövlət rəsmilərinin, xüsusi səhnəciklər nümayiş etdirəcək 30 taekvondoçunun və 230 azarkeşin yer alacağı gözlənilir.

Həmçinin, Paralimpiya Oyunlarında KXDR-in ümumilikdə 150 nəfərlə, o cümlədən, idmançılarla təmsil olunacağı bildirilir. Daha bir razılıq iki ölkə xizəkçilərinin birgə məşqlərinin keçirilməsinə dair əldə edilib. Tərəflər iki ölkənin qadınlardan ibarət yığmalarının vahid komanda tərkibində çıxış etmələrinə dair razılığa da gəliblər. 

Qeyd edək ki, sonuncu dəfə Cənubi Koreya və KXDR idmançıları 2006-cı ildə İtaliyanın Turnin şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində ümumi bayraq altında iştirak ediblər.