logo

Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək

11:55 16-11-2024 | icon 210
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək

Baş nazir Əli Əsədov “Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” qərar imzalayıb.

YeniAvropaa xəbər verir ki, qərara əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 482,0 hektar torpaq sahəsi qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.