Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakı Limanı və Malayziyanın “Tiza Green Energy” şirkəti Azərbaycanın günəş enerjisi ilə Batareya Enerji Saxlama Sisteminin (BESS) inteqrasiya olunduğu ilk layihəyə start verib.
Bu gün Bakı Limanı ilə “Citaglobal” şirkətinin törəməsi olan “Tiza Green Energy” ilə 5,4 MVt gücündə günəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusunun inşası üçün çərçivə müqaviləsi imzalayıb.
YeniAvropa xəbər verir ki, müqaviləni Bakı Limanının baş direktoru Taleh Ziyadov və “Tiza Green Energy”nin prezidenti və icraçı direktoru Norza Zakari imzalayıblar.
Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib ki, limanda 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun istifadəyə verilməsi Azərbaycanın təmiz enerjiyə keçidində irəliyə doğru mühüm addımdır. Onun sözlərinə görə, “Tiza Green Energy”, “Citaglobal”ın istehsalı olan BESS qurğusunu yerləşdirəcək və bu, limana istehsal olunan günəş enerjisinin bir qisminin liman ehtiyacları üçün istifadə etməyə, qalan hissəsinin isə BESS sistemində saxlanmasını və ehtiyac yarandıqdan sonra istifadə olunmasını mümkün edəcək.
“2019-cu ildən bəri Xəzər regionunda ilk Yaşıl Liman statusunu alaraq ətraf mühitə təsirimizi minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirmişik. Strategiyamız 2035-ci ilə qədər sıfır karbon emissiyasına (net-zero emission) nail olmaqdır və mən əminəm ki, “Tiza Green Energy” ilə tərəfdaşlığımız bizi dayanıqlı təcrübələrdə lider kimi mövqeləndirəcək və limanda CO2 emissiyalarımızı əhəmiyyətli dərəcədə azaldacaq. Günəş enerjisi və BESS texnologiyasının inteqrasiyası həm iqtisadi, həm də ətraf mühitin mühafizəsi üzrə öhdəliyimizi gücləndirərək, enerji idarəçiliyi üzrə böyük imkanlar yaradacaq. Bu, günəş enerjisi ilə inteqrasiya olunmuş Batareya Enerji Saxlama Sisteminin (BESS) ölkə ərazisində ilk tətbiqi olacaq”, - deyə T.Ziyadov bildirib.
Limanın direktoru əlavə edib ki, layihə tamamlandıqdan sonra limanda karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpaolunan mənbələrdən istifadə vasitəsilə enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş Bakı Limanının Yaşıl Liman sahəsindəki statusuna töhfə verəcək. Onun sözlərinə görə, bununla də ənənəvi şəbəkə enerjisindən asılılıq azalacaq. Müqaviləyə əsasən liman ərazisində olan binaların damlarında günəş panelləri qurulacaq.
“Tiza Green Energy”nin prezidenti və icraçı direktoru Norza Zakari isə qeyd edib ki, bu müqavilə günəş enerjisi və BESS texnologiyasını mükəmməl şəkildə birləşdirən innovativ həll yolu ilə Azərbaycanın bərpaolunan enerji sahəsinin irəliləyişində mühüm mərhələdir: “Tətbiq etdiyimiz həll, Bakı Limanında təmiz enerji istifadəsini artırmaqla yanaşı davamlı, sərfəli enerji həllərinə də töhfə verəcək”.
Daha sonra tədbir çərçivəsində Bakı Limanı tərəfindən COP29 yazısı və loqosu olan xalça qonaqlara təqdim edilib, “Tiza Green Energy” isə Bakı Limanına solar panel üzərində dəyərli bir rəsm əsəri hədiyyə edib.
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır