logo

Novak Cokoviç yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub

16:43 27-01-2019 | icon 3206
Novak Cokoviç yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub

Yanvarın 27-də kişilər arasında “Australian Open-2019” turnirinin final görüşü keçirilib.

YeniAvropa xəbər verir ki, ümumi mükafat fondu 44,5 milyon dollar olan turnirin finalında serbiyalı Novak Cokoviç ispaniyalı Rafael Nadal ilə üz-üzə gəlib. İki saatdan artıq davam edən görüş N.Cokoviçin qələbəsi ilə başa çatıb (6:3, 6:2, 6:3). Serbiyalı tennisçi karyerası ərzində yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub. Novak tennis tarixində yeni rekorda imza atıb. O, karyerası ərzində 73 titul qazanıb.

Bu tennisçilər 53-cü dəfədir ki, bir biri ilə görüşürlər. Onların 28-də Novak, 25-də isə Rafael qalib ayrılıb.

Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub.

Rafael Nadal “Böyük dəbilqə” seriyası turnirlərində 15 dəfə qalib gəlib. O, “Australian Open” turnirini bir dəfə - 2009-cu ildə qazanıb.

“Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir.