Bakıda, kişi şahmatçılar arasında Azərbaycan çempionatında 18 şahmatçı, o cümlədən üç beynəlxalq usta və üç FIDE ustası iştirak edir. YeniAvropa xəbər verir ki, İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan yarışda bir partiya üçün vaxta nəzarət ilk 40 gediş üçün 90 dəqiqə, sonra birinci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə olunmaqla partiyanın sonuna qədər 30 dəqiqədir.
Birinci turdan sonra 6 şahmatçı hərəyə bir xal toplayıb. Azərbaycan şahmat Federasiyasında keçirilən ölkə çempionatının qalibi yanvarın 24-də müəyyən olunacaq.