logo

Keniyalı Olimpiya çempionu dopinqə görə diskvalifikasiya olunub

18:35 25-01-2019 | icon 3129
Keniyalı Olimpiya çempionu dopinqə görə diskvalifikasiya olunub

Uzun məsafəyə qaçış üzrə keniyalı atlet dopinq qalmaqalı ilə üzləşib.YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, Keniya idmançısı Jemima Sumqonq antidopinq qaydalarını pozduğu üçün diskvalifikasiya olunub. Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) mətbuat xidmətindən bildirilib.

Otuz dörd yaşlı idmançı səkkiz il müddətinə yarışlardan kənarlaşdırılıb. O, 2017-ci ildə qadağan olunmuş eritropoietindən istifadəyə görə dörd il diskvalifikasiya edilmişdi.

J.Sumqonq 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının marafon yarışlarının qalibi olub.