AFFA-nın növbəti illik Hesabat Konfransının vaxtı və keçiriləcəyi yer bəlli olub.
YeniAvropa xəbər verir ki, bu barədə məlumat AFFA-nın rəsmi saytında yerləşdirilib. Qeyd edilib ki, konfrans martın 4-də , saat 10-00-da "Hilton" mehmanxanasında keçiriləcək.
Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər
Konfransa giriş dəvətnamə ilə olacaq.
Media nümayəndələrinin konfransda iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.