logo

Şəhriyar Məmmədyarov şahmat üzrə superturnirdə heç-heçə edib

09:48 16-01-2018 | icon 2534
Şəhriyar Məmmədyarov şahmat üzrə superturnirdə heç-heçə edib

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində III tura yekun vurulub. YeniAvropa xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti heç-heçəsini edib. 33 yaşlı qrossmeyster turnirdə ikinci heç-heçəsini rusiyalı Maksim Matlakovla edib. Bu nəticədən sonra Ş.Məmmədyarov aktivindəki xalların sayını 2-yə çatdırıb və 3-4-cü yerlərdə qərarlaşıb.

Turnirə 2,5 xalla Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) başçılıq edirlər.