logo

Ceyhun Bayramov təhsil müəssisələrini iki günlük tətilə buraxdı

15:28 16-01-2019 | icon 3906
Ceyhun Bayramov təhsil müəssisələrini iki günlük tətilə buraxdı

Təhlükəli hava şəraiti ilə əlaqədar Azərbaycanın təhsil müəssisələri iki günlük tətilə buraxılıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq.