AGF-nin birinci vitse-prezidenti Firdovsi Umudov yığma komandaların üzvləri ilə görüşüb
Yanvarın 15-də Azərbaycan Güləş Federasiyanın (AGF) birinci vitse-prezidenti Firdovsi Umudov Olimpiya Güləş Mərkəzində güləş üzrə yığma komandalarımızın üzvləri ilə görüşüb.YeniAvropa AGF-yə istinadla xəbər verir ki, F.Umudov Mərkəzdə hər üç yığma komandanın məşq prosesini izləyib, güləşçilərin hazırkı vəziyyəti və qarşıdan gələn yarışlara hazırlıqları ilə tanış olub.
Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalar yanvarın 14-dən ilin ilk təlim-məşq toplanışına cəlb olunublar. Fevralın 1-dək davam edəcək toplanışa Qazaxıstanın və Ukraynanın sərbəst güləş üzrə yığma komandaları da qoşulublar.
Yığmanın üzvləri ilə söhbət edən Firdovsi Umudov ilk növbədə idmançıların nizam-intizam qaydalarına riayət etməsinin vacibliyini bildirib: “Uğur qazanmaq üçün intizamlı olmaq, proqram əsasında çalışmaq vacibdir. Güləşçilərimiz hər zaman mötəbər yarışlardan qalib ayrılaraq xalqımızı, dövlətimizi sevindiriblər. Qazanılan qələbələr dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Çalışmaq lazımdır ki, bundan sonra da nailiyyətlərimizlə güləş azarkeşlərini, xalqımızı sevindirək. Bunun üçün federasiya rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Federasiya prezidenti yığma komandaların hazırlıq prosesini daim nəzarətdə saxlayır”.
Təlim-məşq toplanışlarının artıq başladığını deyən birinci vitse-prezident güləşçilərin məşq proseslərindən maksimum yararlanmalarının vacibliyini bildirib. “Bizim, məşqçilərin və idmançıların üzərinə düşən ən vacib məsələ hazırlıqları ən yüksək səviyyədə davam etdirmək və qələbələr qazanmaqdır. Güləşçilər özləri də fiziki və taktiki hazırlıqlarının artırılması üçün məşq proseslərindən maksimum faydalı istifadə etməyə çalışmalıdır. Hər bir yığma komanda üzvünün qələbə qazanmaq potensialı var, sadəcə əzmlə çalışıb mövcud potensialı ortaya qoymaq lazımdır”,-deye F.Umudov vurğulayıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb