logo

Şəhriyar Məmmədyarov Veyk-an-Zeye turnirində ilk qələbəsini qazandı

13:25 15-01-2018 | icon 2695
Şəhriyar Məmmədyarov Veyk-an-Zeye turnirində ilk qələbəsini qazandı

Hollandiyanın Veyk-an-Zeye şəhərində nüfuzlu şahmat turniri davam edir. YeniAvropa xəbər verir ki, 80-ci “Tata Still Chess” festivalının ikinci turunda qara fiqurlarla oynayan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov 48-ci gedişdə çinli Hou İfana qalib gəlib. Vladimir Kramnik (Rusiya) isə Aniş Giriyə (Hollandiya) uduzub. Sergey Karyakin (Rusiya) - Vişvanatan Anandla (Hindistan), eləcə də Pyotr Svidler (Rusiya)- Vey İ (Çin) ilə, Maksim Matlatkov (Rusiya)- Uesli So (ABŞ)  və Fabiano Karuana (ABŞ) - Qaveyn Cons (İngiltərə)  görüşləri heç-heçə ilə başa çatıb. Dünya çempionu Maqnus Karlsen (Norveç) Başkaran Adhibanı (Hindistan) məğlub edib.  

Yarış cədvəlinə iki xalla Aniş Giri başçılıq edir. Onun ardınca Şəhriyar Məmmədyarov, Maqnus Karlsen və Vişvanatan Anand (hər biri 1,5 xal), Qaveyn Cons, Fabiano Karuana, Sergey Karyakin, Uesli So, Vladimir Kramnik, Pyotr Svidler (hər biri 1 xal), Vey İ, Maksim Matlakov, Başkaran Adhiban (hər biri 0,5 xal) və Hou İfan (0) gəlir.

Üçüncü turda Məmmədyarov – Matlakov, Svidler - Giri, Anand - Karuana, Karlsen – Vey İ, So - Karyakin, Cons - Adhiban, Kramnik - İfan qarşılaşacaq.

Veyk-an-Zeyedəki turnir yanvarın 28-də yekunlaşacaq.