FIDE “World Team Chess Championship 2019”a ev sahibliyi edəcək ölkəni axtarır
Beynəlxalq Şahmat Federasiyası (FIDE) cari il martın 3-dən 14-dək kişi və qadın komandaları arasında dünya çempionatlarını (World Team Chess Championship-2019) keçirmək üçün açıq tender elan edib.
YeniAvropa Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına (chess.az) istinadla xəbər verir ki, çempionata ev sahibliyi etmək istəyən ölkələr yanvarın 24-dək FIDE-yə rəsmi müraciət etməlidirlər. Eyni zamanda, bir ölkə yalnız çempionatlardan birini keçirə bilər. Kişilər arasında yarışın tarixi dəyişməz olaraq qalsa da, qadınların turnirinin keçirilmə vaxtı tenderdə qalib gələn təşkilatçı ölkə ilə razılaşdırıldıqdan sonra məlum olacaq. İndiyədək kişilər arasında 11, qadınlar arasında isə 6 dəfə keçirilən dünya çempionatlarına dörd dəfə İsveçrə, hər biri üç dəfə olmaqla Rusiya, Çin və Türkiyə, iki dəfə Ermənistan, İsrail və Qazaxıstan isə hərəyə bir dəfə ev sahibliyi edib.
Son illər Azərbaycanın mötəbər idman yarışlarına, həmçinin 42-ci Ümumdünya Şahmat Olimpiadasına və şahmat üzrə dünya kuboku yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsi belə mötəbər yarışı da qəbul etməyə imkan verir. FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin ötən ilin sonunda Bakıya səfəri zamanı Azərbaycan ilə bu qurum arasında əməkdaşlığın perspektivləri, ölkəmizin şahmatın inkişafında fəal iştirakı müzakirə olunub.
Azərbaycan Şahmat Federasiyasının rəsmisi Fikrət Südeyifzadə hazırda bu məsələnin gündəmdə olmadığını bildirib: “Hər iki yığma komandamız dünya çempionatında iştirak edəcək. Amma builki dünya çempionatına ev sahibliyi etmək məsələsi gündəmdə deyil”.
Yanvarın 24-də sənəd qəbulu başa çatdıqdan sonra dünya çempionatlarına ev sahibliyinə namizəd ölkələrin adları açıqlanacaq.
Ərdoğan Braziliyaya "G20" Liderlər Sammitinə yollanır
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb