Azərbaycan Döyüş Federasiyaları Asossasiyasının (ADFA) təşkilatçılığı ilə Bakıda “Prezident kuboku” uğrunda döyüş növləri üzrə beynəlxalq festival keçiriləcək.
YeniAvropa xəbər verir ki, barədə ADFA-ya daxil olan Alpaqut, Muay-tay, Uşu, Taekvondo federasiyalarının nümayəndələrinin iştirakı ilə Assosiasiyanın toplantısında məlumat verilib.
Yarışların alpaqut, muay-tay və uşu idman növləri ilə yanaşı, taekvondonu və karateni də əhatə etməsi nəzərdə tutulub.
Festivalın gələn ilin dekabrında keçirilməsi planlaşdırılır.