Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona xəstəxanadan evə buraxılıb.
YeniAvropa “Eurosport.ru” saytına istinadla xəbər verir ki, hazırda Meksikanın “Dorados” komandasını çalışdıran Maradona Buenos-Ayresdəki xəstəxanadan evə buraxıldıqdan sonra Telam agentliyinə açıqlamasında səhhətinin normal olduğunu söyləyib: “Səhhətimlə bağlı söz-söhbətlər yaratmağa cəhd edən insanlar var. Belə insanlar hər zaman olublar. İndi özümü yaxşı hiss edirəm və “Dorados”a qayıtmağa hazırlaşıram”.
Dieqo Maradona ötən gün mədəsində qanaxma diaqnozu ilə Buenos-Ayres xəstəxanasına yerləşdirilib.