Minsk 2024-cü ildə atletika üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
YeniAvropa xəbər verir ki, qitə birinciliyini keçirmək üçün Tampere (Finlandiya), Heteborq (İsveç) və Sileziya (Polşa) şəhərləri də namizəddirlər.
Yanvarın sonunda Avropa Atletika Assosiasiyasının Şurası 4 namizəd şəhərdən 3-nü seçəcək və mübarizə ikinci mərhələdə davam edəcək.
Belarus tərəfi yarışın Minskdəki “Dinamo” stadionunda keçirilməsini təklif edib. Həmin stadion cari ildə təşkil olunacaq ikinci Avropa Oyunlarında atletika yarışlarına ev sahibliyi edəcək.