logo

Kişi voleybolçularımız bu gün  Lüksemburq yığmasını qəbul edirlər

16:16 05-01-2019 | icon 3129
Kişi voleybolçularımız bu gün  Lüksemburq yığmasını qəbul edirlər

Bu gün voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir  ki,  seçmə mərhələnin “G” qrupunda ikinci pillədə qərarlaşan millimiz saat 18:00-da Lüksemburq yığmasını qəbul edəcək. Görüş Azərbaycan Voleybol Mərkəzində oynanılacaq.

Hazırda “G” qrupuna 11 xalla Yunanıstan yığması liderlik edir. Azərbaycan millisi (5 xal) ikinci, İsveç yığması (5 xal) üçüncü, Lüksemburq (3 xal) komandası isə sonuncu yerdədir.

Voleybolçularımız qrupda sonuncu oyunu yanvarın 9-da səfərdə İsveç millisinə qarşı keçirəcəklər.