2019-cu ildə Azərbaycan bir sıra mühüm beynəlxalq idman tədbirlərinə ev sahibliyi edəcək
Ötən il olduğu kimi, 2019-cu ildə də Azərbaycanda bir sıra mühüm idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
YeniAvropa xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumatda qeyd edilib ki, Azərbaycan bu il də idman ölkəsi statusunu qoruyub saxlamaq niyyətindədir. Odur ki, 2019-cu il Azərbaycan müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi edəcək. 2019-cu ildə ölkəmizdə keçiriləcək və dünyanın diqqətini cəlb edəcək ən əhəmiyyətli idman tədbirlərindən biri Formula 1 Azərbaycan Qran-Prisi olacaq. Bu möhtəşəm yarışın Bakıda təşkili aprelin 26-28-də planlaşdırılır.
Cari il Azərbaycan, həmçinin gimnastika üzrə bir neçə irimiqyaslı yarışa ev sahibliyi edəcək. Yarışlara fevralın 16-17-də batut gimnastikası üzrə dünya kuboku ilə start veriləcək. Martın 14-17-də müxtəlif ölkələrin idman gimnastları Azərbaycanda dünya kuboku uğrunda mübarizə aparacaqlar. Aprelin 26-28-də bədii gimnastika üzrə dünya kuboku, mayın 17-19-da isə bu növdə Avropa çempionatı respublikamızda keçiriləcək. Mayın 24-26-da qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaqlar. İyulun 20-28-də ölkəmizdə keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar da məhz Milli Gimnastika Arenasında təşkil olunacaq. İlin sonuncu yarışı sentyabrın 16-22-də keçiriləcək bədii gimnastika üzrə dünya çempionatıdır. Bakıda keçiriləcək hər üç dünya kuboku, eləcə də dünya çempionatı “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışlardır.
Bundan başqa, bu il keçiriləcək digər böyük idman yarışları sırasında Bakıdakı UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu da yer alır. Bu, beynəlxalq idman federasiyalarının respublikamızda aparılan işlərə, həmçinin idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür.
İyulun 20-28-də Azərbaycanda daha bir mötəbər yarış - Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu mötəbər festivalın Bakıda layiqincə, uğurla və yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 15 may tarixli Sərəncamına əsasən geniştərkibli Təşkilat Komitəsi yaradılıb.
Avropanın 50 ölkəsindən 2 mindən çox atletin və 1500-dən çox nümayəndənin qatılacağı mötəbər turnir idmanın on növü üzrə 12 idman qurğusunda keçiriləcək. Festivalın təşkilinə 2500-dən çox könüllü cəlb olunacaq. Son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin uğurlu təşkilinin ənənəvi hal alması Avropa Gənclər Olimpiya Festivalının da yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.
2019-cu ildə ölkəmiz üçün gözlənilən mühüm idman tədbirlərinin sırasına mayın 10-12-də keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri, mayın 13-15-də paracüdo üzrə Qran-Pri yarışı, iyunun 6-9-da təşkil olunacaq badminton üzrə “Azerbaijan International-2019” dünya kuboku daxildir.
Ümid edirik ki, böyük idman yarışları və tədbirləri bu il də Azərbaycanın idman həyatında növbəti mühüm bir hadisə olacaq. Bütün bunlar, eləcə də 2019-cu ildə idman və bədən tərbiyəsi sahəsində görülməsi nəzərdə tutulan digər işlər, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb