logo

Kriştianu Ronaldu 2018-ci ilin ən yaxşı futbolçudur

23:41 03-01-2019 | icon 2996
Kriştianu Ronaldu 2018-ci ilin ən yaxşı futbolçudur

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) 2018-ci il üçün “Globe Soccer Awards”ın mükafatçılarını müəyyən ediblər.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu ən yaxşı futbolçu mükafatına layiq görülüb. Portuqaliyalı futbolçu bu mükafatı beşinci dəfədir alır ki, bu da rekord göstəricidir. Ronaldu, həmçinin “İlin ən yaxşı qolu” mükafatını qazanıb.

Mükafatlar bir neçə nominasiyada təqdim edilib. “Ən yaxşı məşqçi karyerası” nominasiyasında italiyalı Fabio Kapello qalib olub. İlin ən yaxşı klubu “Atletiko” hesab edilib.

“Yuventus”da işləyən Fabio Parattiçi ən yaxşı idman direktoru seçilib. İlin ən yaxşı agenti nominasiyasında Jorje Mendeş qalib gəlib.

Mükafatlandırma mərasimi Dubayda keçirilib.