logo

“Neftçi” klubu “Fənərbağça”nın futbolçusunu heyətinə cəlb edib

17:57 03-01-2019 | icon 3346
“Neftçi” klubu “Fənərbağça”nın futbolçusunu heyətinə cəlb edib

“Neftçi” futbol klubu transfer çalışmalarını davam etdirir. Klub gənc futbolçu Turan Vəlizadə ilə üçillik müqavilə bağlayıb.

YeniAvropa xəbər verir  ki, 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandanın heyətində 33 nömrəli formanı geyinəcək.

“Əlincə”nin yetirməsi olan Turan Vəlizadə “Qarabağ”ın və Türkiyənin “Fənərbağça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarımızda çıxış edib. O, "U-19" yığmamızın üzvüdür.

Qeyd edək ki, “Neftçi”  bunadan əvvəl qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlayıb.