logo

AMADA ötən il 35 antidopinq qayda pozuntusu qeydə alıb

19:15 02-01-2019 | icon 3136
AMADA ötən il 35 antidopinq qayda pozuntusu qeydə alıb

2018-ci ildə AMADA tərəfindən 35 antidopinq qayda pozuntusu qeydə alınıb. Bu pozuntuları idmanın ağır atletika (2), güləş (12), boks (5), cüdo (3), velosiped idmanı (2), voleybol (2), taekvondo (7) və atletika (1) növləri üzrə qeyri-əlverişli analiz nəticəsində aşkarlanıb. Əlavə olaraq, ağır atletikada 1 atipik nəticə aşkar edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə məlumat Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 2018-ci ilə dair illik hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, il ərzində 1 dəfə dopinq nəzarətindən imtina, 8 dəfə isə məkan məlumatı pozuntusu halları baş verib. Qeyri-əlverişli analiz nəticələrinin bir çoxu anabolik steroid təşkil edib və idmançıların 25 faizi azyaşlı olub. Ümumilikdə 2018-ci ildə 35 antidopinq qayda pozuntusu baş verib və 35 yekun qərar açıqlanıb.