Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatına hazırlıqlara başlanılıb
İyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar prezidentiİ lham Əliyevin 2017-ci il 15 noyabr tarixli Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib.YeniAvropa xəbər verir ki, tədbirdə aidiyyəti nazirliklərin, digər dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov çıxış edərək dövlətimizin başçısının Sərəncamı barədə məlumat verib. Vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakıda keçirilməsinə dair qərarı Azərbaycanın idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir. O, dünya çempionatının Azərbaycanın idman həyatında növbəti mühüm hadisə olacağını qeyd edib.
Sahib Ələkbərov bildirib ki, prezident İlham Əliyevin Olimpiya idman növü olan BMX üzrə dünya çempionatının Bakıda uğurla keçirilməsini təmin etmək üçün geniş tərkibli Təşkilat Komitəsi yaratması dövlət başçısının bütövlükdə idmanın, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.
Tədbirdə geniş təqdimatla çıxış edən Sahib Ələkbərov dünya çempionatına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib və bu işləri əks etdirən videoçarxı iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, dünya çempionatında iştirakla bağlı müraciət edən ölkələrin sayı gündən-günə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX Stadionunda aparılmış yenidənqurma işlərindən sonra ötən ilin oktyabrda təşkil olunan dünya sınaq yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. Həmçinin arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.
Sonra dünya çempionatının keçirilməsi ilə bağlı tədbirlər planı bənd-bənd müzakirə olunub və ortaya çıxan suallar cavanlandırılıb. Məlumat verilib ki, artıq iştirakçı ölkələrin nümayəndələri tərəfindən Bakıdakı otellərin çoxuna sifarişlər daxil olub. Yarışa gələcək iştirakçıların və qonaqların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülür. Bundan başqa, xarici qonaqları Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxi ilə tanış etmək üçün konkret tədbirlər də hazırlanıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb