logo

Şahmatçımız “Australian Open-2018”də gümüş medal qazanıb

20:45 31-12-2018 | icon 2961
Şahmatçımız “Australian Open-2018”də gümüş medal qazanıb

Avstraliyanın Eşvud şəhərində keçirilən “Australian Open-2018” şahmat turniri bu gün başa çatıb.

YeniAvropa xəbər verir  ki, 167 şahmatçının mübarizə apardığı turnirdə 9 turdan 7,5 xal yığan Azərbaycan şahmatçısı Kənan İzzət gümüş medal qazanıb. Onunla eyni xalı bölüşən avstraliyalı Temur Kuybokarov isə turnirin qalibi olub. 3-cü yeri 7 xalla Avstraliyanın digər təmsilçisi Justin Tan tutub.

Qeyd edək ki, yarış dekabrın 27-də start götürmüşdü.